Kanada KƏŞFİYYATINDAN ŞOK: Rusiyanın itkiləri o qədər yüksəkdir ki...
Bizi izləyin

Dünya

Kanada KƏŞFİYYATINDAN ŞOK: Rusiyanın itkiləri o qədər yüksəkdir ki...

Rusiyanın Kiyevdə mərkəzi hakimiyyəti dəyişmək üçün kifayət qədər gücü yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Kanada Silahlı Qüvvələrinin kəşfiyyat idarəsi məlumat yayıb .

“Hazırda Rusiyanın Ukraynada yerləşdirdiyi qüvvələr Kiyevdə hökuməti devirmək kimi bəyan edilmiş məqsədlərinə çatmaq üçün yetərli deyil”, - kəşfiyyatçılar bildirib.

Qeyd olunur ki, Rusiya şərq və cənub cəbhələrində hətta təvazökar taktiki uğur əldə etməkdə çətinlik çəkməyə davam edəcək.

Vurğulanıb ki, Rusiya Federasiyasının artıq öz qrupunu gücləndirmək üçün kifayət qədər ehtiyatı da yoxdur.

“Rusiya ordusunun praktiki olaraq bütün bölmələri Ukraynadakı əməliyyatlarda iştirak edir. Rusiya ordusunun əksər hissələrinin itkiləri o qədər yüksəkdir ki, onlar hətta yerləşdirilən bölmələri doldurmaq üçün kifayət qədər təlimsiz çağırışçılar tapa bilmirlər", - Kanada Silahlı Qüvvələrinin yaydığı məlumatada deyilir.

Bu, Rusiyanın “Vostok” iri strateji hərbi təlimlərində iştirakçıların sayının xeyli azalmasına da səbəb olur.

“Biz gözləyirik ki, builki “Vostok” təlimləri, əsasən, Ukraynada yüksək itkilər və Rusiyada əhəmiyyətli dərəcədə qüvvə çatışmazlığı səbəbindən əvvəlkilərdən xeyli kiçik olacaq. 2018-ci ildə keçirilən “Vostok” təlimləri zamanı Moskva bu təlimlərdə iştirak etmək üçün 300 min nəfəri göndərib”, - məlumatda deyilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm