Rusiyada Mi-8 vertolyotu qəzaya uğradı - VİDEO
Bizi izləyin

Dünya

Rusiyada Mi-8 vertolyotu qəzaya uğradı - VİDEO

Rusiyanın Krasnodar vilayətində yerləşən Gelencik aeroportu Mi-8 vertolyotunun qəzasından sonra öz işini dayandırıb.

“Uçuşlar müvəqqəti olaraq dayandırılıb. Reyslər Krasnodarın və Anapanın ehtiyat aerodromlarına yönələcəklər”,- deyə aeroportu idarə edən “Bazel Aero” şirkətinin xəbərində deyilir.

Bundan başqa, regionun güc strukturlarında olan mənbə vertolyotun qəzasının ehtimal edilən səbəbi kimi ekipajın səhvini göstərirlər.

Qəzanın bu gün saat 15.30-da baş verdiyi deyilir. Nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm