Çin odusuna ƏMR VERİLDİ: cəhdlərin qarşısı qətiyyətlə alınacaq
Bizi izləyin

Dünya

Çin odusuna ƏMR VERİLDİ: cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Çin ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri fonunda Çin Xalq Azadlıq Ordusu (AXO) əks tədbir kimi bir sıra məqsədyönlü hərbi tədbirlər həyata keçirəcək.

Çin Müdafiə Nazirliyinin rəsmilərinin sözlərinə görə, ölkə ordusu dövlətin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq, eləcə də kənar müdaxilələrin və “Tayvanın müstəqilliyi”nin təşkili üzrə əbəs cəhdlərin qarşısını qətiyyətlə alacaq.

Xəbər verdiyimiz kimi, Nensi Pelosinin olduğu təyyarə avqustun 2-də Taypey hava limanına enib.

Bundan sonra Çin Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin adaya səfəri ilə bağlı etiraz edib. Pekin Vaçinqtonun bu addımını qınayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm