Pakistanda 11 turist iki yol qəzasının qurbanı oldu
Bizi izləyin

Dünya

Pakistanda 11 turist iki yol qəzasının qurbanı oldu

Pakistanda son sutka ərzində baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, daha 24 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Pakistanın şərqindəki Pəncab əyalətində avtobusun xəndəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

İkinci avtomobil qəzasında Pakistanın nəzarətində olan Kəşmirin Neelum Vadisi bölgəsində bir neçə avtomobil toqquşub. Bir nəfər ölüb, dörd nəfər yaralanıb

Qəzada xəsarət alan bütün avtomobillərin sərnişinləri turistlər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm