Stoltenberq: "Ukraynada müharibənin nə vaxt bitəcəyini..."
Bizi izləyin

Dünya

Stoltenberq: "Ukraynada müharibənin nə vaxt bitəcəyini..."

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada hərbi münaqişənin başa çatması müddəti ilə bağlı proqnoz verməkdən çəkinib.

Publika.az "Vijesti" qəzetinə istinadla xəbər verir ki, cənab Stoltenberq jurnalistlərin Ukrayna müharibəsinin nə vaxt başa çatacağı ilə bağlı sualını belə cavablandırıb:

"Ukraynada müharibənin na vaxta qədər davam edəcəyini öncədən söyləmək mümkün deyil. İndi ən vacibi, nə qədər lazımdırsa, Ukraynaya köməklik göstərməkdir. Əlbəttə, Ukraynaya verdiyimiz hərbi, iqtisadi və humanitar yardımlar böyük əhəmiyyətə malikdir, amma bu köməkdən imtina bizə bundan da baha başa gələrdi.".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm