Pekin Tayvana xüsusi status vəd edir
Bizi izləyin

Dünya

Pekin Tayvana xüsusi status vəd edir

Pekinin hərbi rəsmiləri Tayvan adasının Çinin tərkibində xüsusi statuslu əraziyə çerilməsini istisna etməyiblər.

Publika.az xarici elektron mediaya istinadla xəbər verir ki, Tayvan ətrafında məlum gərginlikdən sonra ÇXR Müdafiə Nazirliyi özünün dərc etdiyi "Ağ kitab"ında vurğulayıb ki, əgər Tayvanın Çinə dinc yolla birləşməsi baş verməsə, adanı güc tətbiqi ilə ələ keçirməyə hazırdır.

Nazirliyin çap edilmiş hesabatı "Tayvan məsələsi və yeni mərhələdə onun Çinə birləşdirilməsi işi" adlanır. Burada qeyd olunur ki, gələcəkdə Tayvanın materik Çinlə birləşməsi ona xüsusi status verəcək və bütün ölkələrin rifahına xidmət edəcək, eləcə də adanın istisadi maraqlarına yalnız müsbət təsir göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm