Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir
Bizi izləyin

Dünya

Tacikistanda “Regional Əməkdaşlıq-22” hərbi təlimləri - 7 ölkə iştirak edir

Tacikistanın paytaxtı Düşənbədə ABŞ Mərkəzi Komandanlığının təşkil etdiyi “Regional Əməkdaşlıq-22” komanda-qərargah hərbi təlimləri start götürüb.

Publika.az bildirir ki, təlimlər avqustun 20-dək davam edəcək.

Komanda-qərargah təlimlərinə ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Pakistan hərbçiləri qatılıb.

“ABŞ-ın Mərkəzi və Cənubi Asiya ölkələrinin iştirak etdiyi ən böyük hərbi təlimi olan “Regional Əməkdaşlıq-22” bölgədəki tərəfdaşlarımızla əlaqələri gücləndirmək üçün unikal imkan yaradır. Təlimlər qlobal çağırışlara dinc cavablar, informasiya mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla, aktual regional problemlərin həlli üçün platforma rolunu oynayır”, - ABŞ-ın Tacikistandakı səfiri Con Pommerşaym deyib.

ABŞ səfirliyinin açıqlamasında bildirilir ki, təlimlər tərəflər arasında koordinasiya yaratmaq imkanı verməklə yanaşı, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının, narkotiklərin və terror ünsürlərinin ələ keçirilməsi imkanlarının artırılmasına yönəlib.

(teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm