BMT Salman Rüşdiyə hücumu PİSLƏDİ
Bizi izləyin

Dünya

BMT Salman Rüşdiyə hücumu PİSLƏDİ

BMT-nin baş katibi Antonio Quterreş ərəb yazıçısı Salman Rüşdiyə edilən hücumdan şoka düşüb və buna heç bir bəraət qazandırmır.

Publika.az xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Dujarrik məlumat yayıb.

“Zorakılıq heç bir halda fikir azadlığı ilə deyilən və ya yazılan sözlərə reaksiya ola bilməz. Antonio Quterreş Salman Rüşdinin tezliklə sağalmasını arzulayır”, - deyə Dujarrik bildirib.

Xatırladaq ki, 24 yaşlı Hadi Matar yazıçı Salman Rüşdiyə bıçaqla hücum edib. Yazıçı 10-dan çox bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib. İndi o, süni nəfəs aparatındadır və gözünü itirə bilər.

Qətl cəhdinə görə, təcavüzkar zaminə buraxılmadan həbs edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm