Dünya
Estoniya Rusiya ilə sərhədini bağladı, amma... – Səbəbi açıqlandı

Estoniya Rusiya ilə quru sərhədini bağlayıb. Amma bu, müvəqqəti xarakter daşıyır.
Publika.az xəbər verir ki, qərarın səbəbi Narva şəhərində sovet abidələrinin sökülməsi ilə bağlıdır.
Artıq Narva-İvanqorod keçid məntəqəsi bağlanıb. Bundan sonra Rusiya tərəfində uzun növbənin yarandığı bildirilir. Gözləyənlərin arasında Estoniya sakinləri də var ki, onlara da sərhədi keçməyə icazə verilmir.
Məlumata görə, hərəkətin dayandırılması Narvada sovet abidələrinin sökülməsi ilə bağlıdır. Hökumət şəhərdəki “T-34 tankı” və “Qırmızı Ordu” abidələri, Petrovska meydanındakı lövhələr və digər xatirə abidələrinin Estoniya Hərbi Muzeyinə göndərmək qərarına gəlib.
Narva-İvanqorod keçid məntəqəsinin nə vaxt açılacağı hələlik məlum deyil.
Estoniya hökumətinin qərarı Rusiyanın etirazına səbəb olub.
(Teleqraf.com)

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı