Ərdoğan Lvovdadır - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ərdoğan Lvovdadır - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.

xxx

11:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Türkiyə Prezidentinin Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş, ukraynalı həmkarı Vladimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəyi planlaşdırılıb.

Üçtərəfli görüşdə Ukraynadakı mövcud durum, o cümlədən taxıl ixracı prosesinin gedişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

xxx

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm