Ərdoğan-Zelenski-Quterreş görüşü gözlənilir - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ərdoğan-Zelenski-Quterreş görüşü gözlənilir - YENİLƏNDİ

Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş başa çatıb.

Publika.az xəbər verir ki, ikitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş olacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkənin lideri Ukraynadakı müharibə ilə bağlı son durumu, həmçinin dünya bazarına taxılın ixracı məsələlərini müzakirə ediblər.

Bu gün Vladimir Zelenskinin BMT-nin Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.

* * *

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

Publika.az xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir.

İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm