Dünya
Yollar buzladı, dərslər təxirə salındı
Ötən həftənin sonlarından başlayan güclü qar, çovğun və şaxta
İranda paytaxt Tehranla yanaşı, 20 əyalətdə məktəblərdə bu gün də
dərslərin təxirə salınmasına səbəb olub.
Trend-in məlumatına görə, bu barədə İRNA
agentliyi xəbər verir.
Güclü qar səbəbindən Tehran, Əlborz, Həmədan, Kirman, Mərkəzi
Lorestan, Kürdistan, Kirmanşah, İsfahan, Yəzd, Qum, Qərbi
Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Xorasan-e
Rəzəvi, Xorasan-e Cənubi, Gilan, Gülüstan və Mazandaran
əyalətlərində məktəblər bağlanıb.
Məlumata əsasən, adları qeyd olunan əyalətlərdə yağıntılar hələ
də davam edir. Sürüşkən yollar və pis görünmə dərəcəsi bəzi
magistral yollarda, xüsusi ilə dağlıq ərazilərdə gediş-gəlişin
məhdudlaşdırılmasına səbəb olub.
Gilan və Mazandaran əyalətlərində güclü qar və çovğun
nəticəsində çox sayda kəndlərin yolları bağlanıb. Bəzi bölgələrdə
əhaliyə elektrik enerjisi və qazın verilməsində problemlər yaranıb.
Mazandaran əyalətində yollarda qalan insanlara yardım etmək üçün
paytaxt Tehrandan əlavə qüvvə və texnikalar cəlb olunub.
İranın Kirman əyalətində güclü qar bir sıra uçuşların təxirə
salınmasına səbəb olub.
Qeyd edək ki, fevralın 2-də də (İranda istirahət günü cümə
günüdür) ölkənin 17 əyalətində güclü qar və sürüşkən yollar
səbəbindən uşaq bağçaları, məktəblər və peşə məktəbləri səhər
növbəsi ərzində müvəqqəti bağlı idi.
Həftənin sonunadək İranın bir çox bölgələrində havanın qarlı və şaxtalı olacağı proqnozlaşdırılır.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü