“Kaktus yeyərək həyatda qaldıq”
Bizi izləyin

Dünya

“Kaktus yeyərək həyatda qaldıq”

“Kaktus yeyərək həyatda qaldıq”

Suriyanın paytaxtı Şamın yaxınlığındakı Yermuk qaçqın düşərgəsindən çıxmağı bacaranlar qorxunc hekayələrini danışır. Hulud Şehâb adlı bir qadın “Həyatda qalmaq üçün kaktus bişirib yedik” deyir.

Hulud Şehâb Suriyanın paytaxtı Şamdakı Yermuk qaçqın düşərgəsindən çıxmağı bacaran şanslı adamlardandır. Əllinci illərdən bəri fələstinli qaçqınlara ev sahibliyi edən və iyundan bəri mühasirə altında qalan düşərgədən iki uşağıyla birlikdə çıxan Şehâb içəridəki dram haqqında danışıb:

“Fəlakət... İnsanlar aclıqdan ölür. Həyatda qalmaq üçün evə yaxın tarladan yığdığımız otları və kaktus yarpaqlarını bişirərək yeyirdik” deyən Şehabın qaldığı düşərgədə mühasirədən bu yana aclıq ya da tibbi azlıqdan 96 adamın ölüb.

Soyuqdan əlləri çatlayan Hulud “Sadəcə əllərimə baxsanız orada baş verənləri başa düşə bilərsiniz” deyib.

Təxminən 18 min adam hələ də Yermukda aclıq və xəstəlik təhdidiylə burun-buruna yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm