Ərdoğandan Obamaya xəbərdarlıq: “Bağdada silah vermə”
Bizi izləyin

Dünya

Ərdoğandan Obamaya xəbərdarlıq: “Bağdada silah vermə”

ABŞ prezidenti Barak Obama ilə 17 aydan sonra bir araya gələn Türkiyə prezidenti Ərdoğan arasında gərgin görüş olub.

Axar.az xəbər verir ki, görüş zamanı Ərdoğan Obamaya xəbərdarlıq edərək ABŞ-ın İraqa silah göndərməsinin çox pis nəticələri olacağını deyib.

Ərdoğan “Buradan buraxılan silahlar bu gün İŞİD-in əlindədir”, -deyə, qeyd edərək silahların İraq ordusunun yox, İŞİD-in işinə yarayacağını qeyd edib.

Eyni zamanda Ərdoğan Türkiyənin proseslərdən kənarda qalmadığını, hadisələrin qulağının dibində olduğunu bildirib:

“Silahlardan bizə qarşı istifadə oluna bilər. Belə olan halda bölgədə məzhəb qarşıdurmaları qızışacaq”.

Türkiyənin İraqda yaradılacaq “Könüllülər koalisiyası”na müsbət baxmadığını söyləyən Ərdoğan koalisiya deyil, ittifaq qurulmasını təklif edib: “Koalisiya deyil, ittifaq qurulmalıdır. Yaradılacaq koalisiyanın Bağdad rəhbərliyinə silah verməsinə qarşıyıq. İŞİD-ə qarşı yaradılacaq koalisiya Əsədi gücləndirə bilər. Bunun nəticəsində İŞİD-in əlində olan vətəndaşlarımız da zərər görə bilər. Vətəndaşlarımızın amerikalı jurnalistlər kimi öldürülməsini istəmirik. Bizi bu mövzuda anlamanızı gözləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm