Dünya
Liviya yenidən qan gölünə döndü: iki ayrı hökumət, zorakılıq burulğanı...
Avqustun 27-də Liviyanın paytaxtı Tripolidə partlayış və atəş səsləri eşidilib. Daha sonra Tripolinin qərbində yerləşən Cənzur şəhərində partlayışlar davam edib.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Qeyd olunur ki, qarşıdurmada olan iki silahlı qrup arasında toqquşmalar olub. Onlardan biri ölkədə seçkilər keçirilməyənə qədər hakimiyyətdən əl çəkmək istəməyən Liviya Milli Birlik Hökumətinin hazırkı lideri Əbdül-Həmid Dibeybəni dəstəkləyir. İkinci qrup isə parlament tərəfindən təyin olunan baş nazir Fəthi Başağın tərəfindədir.
Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində azı 23 nəfər ölüb, 140 nəfər yaralanıb .
Son məlumata görə, zərərçəkmiş 83 nəfər ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xatırladaq ki, münaqişədən bir gün əvvəl BMT Liviyadakı hadisələri narahatlıqla izlədiyini bildirib və bütün tərəfləri xalqın maraqlarına diqqət yetirməyə çağırıb.
Məlumat üçün bildirək ki, Liviyada bir müddətdir Əbdülhəmid Dibeybe və Fəthi Başağanın rəhbərliyi ilə iki ayrı hökumət fəaliyyət göstərir. Mövcud vəziyyət ölkənin yenidən zorakılıq burulğanına sürüklənməsi təhlükəsi yaradır.
Avqustun 24-də Dibeibaya göndərdiyi bəyanatda Fəthi Başağa onu vaxtı bitmiş səlahiyyətlərindən könüllü olaraq istefa verməyə çağırıb.
Hüseyn İbadlı
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama













.jpg)



















