Obama İbadini təbrik etdi
Bizi izləyin

Dünya

Obama İbadini təbrik etdi

ABŞ prezidenti Barak Obama İraqın yeni baş naziri Heydər əl İbadiyə zəng vurub. ANS PRESS-in xəbərinə görə, Obama yeni qurulan hökumətin parlamentdə təsdiqlənməsi münasibəti ilə İraq xalqını və baş nazir İbadini təbrik edib.

Bundan başqa prezident Obama İŞİD-lə mübarizədə ABŞ-la İraqın birlikdə hərəkət etməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğulayıb.

İbadi isə ortaq düşmənlə mübarizədə İraqın gücü artıracağını, ölkədə olan bütün icmalarla yanaşı reqional və beynəlxalq partnyorlarla işləyəcəyinə söz verib.

Telefon danışığının yekununda isə tərəflər yeni hökumətin İraq xalqının leqal tələblərinin qarşılanması istiqamətində konkret addımlar atmalı olduğu fikrində razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm