Baydendən ŞOK GEDİŞ: İrəvandan geri çağırıb, Moskvaya göndərir - FOTO
Bizi izləyin

Dünya

Baydendən ŞOK GEDİŞ: İrəvandan geri çağırıb, Moskvaya göndərir - FOTO

ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, o, hazırda ABŞ-ın Ermənistandakı diplomatik missiyasının rəhbəridir.

Bundan əvvəl Treysinin ABŞ səfiri postuna ən çox ehtimal olunan namizəd olduğu bildirilirdi.

Politoloq Andrey Kortunovun fikrincə, Treysi Rusiyanı yaxşı tanıyan, həm də rusca danışan adamdır. O, karyerasının əhəmiyyətli hissəsini postsovet məkanında keçirib.

Amerikanın Ermənistandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin ABŞ-ın Rusiyadakı yeni səfiri ola biləcəyi barədə 2022-ci il sentyabrın 13-də “Kommersant” nəşri məlumat yayıb .

Qeyd edək ki, onun namizədliyi təsdiq olunarsa, Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edən ilk qadın olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm