Narkotik qəbul edən oğlan anasının başını kəsib, eyvandan küçəyə atdı
Bizi izləyin

Dünya

Narkotik qəbul edən oğlan anasının başını kəsib, eyvandan küçəyə atdı

İstanbulda qandonduran hadisə baş verib.

Publika.az Yenipress.az-a istinadla xəbər verir ki, Bağcılar rayonunda yaşayan 26 yaşlı Əli S. adlı şəxs anası 58 yaşlı Həvva S.-i bıçaqlayaraq qətlə yetirib.

Belə ki, narkotik aludəçisi olduğu iddia edilən Əli S. naməlum səbəbdən anası ilə mübahisə edib. Anasını bıçaqla öldürüb, kəsilmiş başını eyvandan küçəyə atan Əli S. daha sonra evi yandırıb.

Polis əməkdaşları qapını sındıraraq yaralı olaraq xilas etdikləri şübhəli şəxsi nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm