Polşa baş naziri istefa verdi
Bizi izləyin

Dünya

Polşa baş naziri istefa verdi

Polşa hökumətinin başçısı Donald Tusk istefa verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş nazir istefa haqqında ərizəni Polşa Təhlükəsizlik Şurasının iclasında prezidenti Bronislav Komorovskiyə təqdim edib.

Baş nazirin istefası onun yeni vəzifəyə təyinatı ilə bağlıdır.

Qeyd edək ki, D.Tusk 30 avqustda Avropa Birliyinin növbədənkənar toplantısında Avropa Şurasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifənin icrasına 1 dekabrda başlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm