BMT-nin dǝhşǝtli hesabatı
Bizi izləyin

Dünya

BMT-nin dǝhşǝtli hesabatı

Hesabat qǝzzalı uşaqların faciǝli vǝziyyǝtini sübuta yetirir.

ANS PRESS-in məlumatına görə, BMT–nin qarşıdurmalarda uşaqları müdafiə komitəsinin mǝsul özǝl nümayǝndǝsi Leyla Zərruqi BMT Tǝhlükǝsizlik Şurasında tǝşkil edilǝn “silahlı toqquşmalar vǝ uşaqlar” adlı konfransda hazırladığı hesabatı tǝqdim edib.

Hesabatda iyulun birindǝn tutmuş Qǝzzada 500-dǝn artıq uşağın öldüyü, 12 yaşından kiçik ǝn az 3106 uşağın yaralandığı vǝ ya ǝlil olduğu , onların üçdǝ bir hissǝsinin də ömür boyunca ǝlil yaşayacağı vurğulanıb.

Mǝktǝblǝrǝ yönǝldilmiş hücumlara da toxunan Zərruqi, BMT-yǝ məxsus 75 məktəb də daxil olmaqla, ǝn az 244 mǝktǝbin İsrail tǝrǝfindǝn bombalandığını bildirib.

O, hesabatında İraq vǝ Nigeriyadakı uşaqların vǝziyyǝtini də şərh edib. İraqda bu ilin əvvəlindən bəri təxminən 700 uşağın öldürüldüyü və ya əlil qaldığına diqqət çəkib.

Zərruqi Yaxın Şərqi qan gölünə çevirərək hünahsız insanları öldürən İŞİD terror qruplaşmasının əməllərindən də danışıb. O, qruplşama tərəfindən 13 yaşlı uşaqlara silah verildiyini, bǝzilǝrindǝn isə kamikadze kimi istifadǝ edildiyini deyib.

Uşaqlara qarşı yönǝldilmiş zorakılığın geniş yayıldığı Nigeriyada isə “Boko Haram” qruplaşmasının xüsusilǝ mǝktǝbli uşaqları hǝdǝf aldığını vurğulayan Zərruqi, qruplaşmanın keçǝn il 100 mǝktǝbli ilǝ 70 müǝllimi öldürdüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm