Dünya
YENİ GƏRGİNLİK: Çin Tayvana 22 təyyarə və 4 gəmi göndərdi

Çin Xalq Azadlıq Ordusunun (AXO) 22 təyyarəsi və 4 döyüş gəmisi Tayvana göndərilib.
Publika.az xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-də saat 17:00-a Tayvanı əhatə edən ərazinin akvatoriyasında və hava məkanında iki "J-11" qırıcısı, iki "J-16" qırıcısı, "BZK-005" və "CH-4" pilotsuz uçan aparatları, həmçinin Y-8 və Y-9 çoxməqsədli nəqliyyat təyyarələri qeydə alınıb. Onlar Tayvan boğazında "orta xətti" adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olublar.
Nazirlik bildirib ki, Tayvan hava patrulu göndərib, radio xəbərdarlığı edib və vəziyyəti izləmək üçün zenit-raket sistemləri yerləşdirib.
Xatırladaq ki, sentyabrın 28 -də adanın sularında və hava məkanında Çin ordusunun 4 gəmisi və 31 təyyarəsi aşkar edilib.
Daha əvvəl bildirilmişdi ki, Çin Tayvanın ayrılma cəhdlərinə dözmək niyyətində deyil.
Hüseyn İbadlı

-
Sosial14:15
AZAL-ın təyyarəsi İrəvana uçacaq
-
Rəsmi xronika13:38
İlham Əliyev daha bir sərəncam imzaladı
-
Sosial13:15
Zəlzələdən sonra Səngəçalda SİRLİ QALA üzə çıxdı - ŞOK VİDEO
-
Sosial12:55
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:37
Prezident seçkiləri ilə bağlı MSK-da iclas olacaq
-
Sosial12:07
Qənirə Paşayevanın yerinə o seçildi
-
Avropa11:35
Azərbaycan və Ermənistanı cəsarətli addımlarına görə... - Almaniyadan təbrik gəldi
-
Dünya11:05
Yunan nazir Ərdoğana belə təzim etdi - VİDEO/FOTO