Ermənistanda Rusiya hərbi bazalarının sayı artır
Bizi izləyin

Dünya

Ermənistanda Rusiya hərbi bazalarının sayı artır

Rusiya Federasiyası (RF) hökuməti Ermənistanda RF-nin hərbi bazasının yerləşdirilməsi bəndləri haqqında Rusiya-Ermənistan sazişinə dair protokolu təsdiq edib.Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya daha əvvəl ona Atsik kəndindəki verilən hərbi şəhərciyi Ermənistana qaytaracaq.

Eyni zamanda, Ermənistan Rusiyaya Yerevan və Gümridəki iki şəhərciyi təhvil verəcək. Bununla da Ermənistanda yerləşdirilən Rusiya hərbi bazalarının sayı 21-ə çatacaq.Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinə protokolun mətninə prinsipial dəyişklik etmədən Ermənistan tərəfi ilə danışıqlar aparmaq tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm