Dünya
Kanada İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

Kanada İranın “əxlaq polisi”nin nəzarətində olarkən vəfat edən Məhsa Əmininin ölümü də daxil olmaqla, insan haqlarının pozulması iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Publika.az Kanada hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Bu sanksiyalar İranda insan hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən qadınların sistematik təqibinə və xüsusən də İranın qondarma əxlaq polisinin Məhsa Əmininin ölümünə səbəb olan dəhşətli hərəkətlərinə cavabdır", - Kanada hökumətinin bəyanatında deyilir.
Ümumilikdə İslam İnqilabı Keşikçiləri Korpusu və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin məsul şəxsləri də daxil olmaqla 25 fiziki və 9 hüquqi şəxsə sanksiya tətbiq edilib.
Bundan əvvəl Kanada 41 iranlı şəxsə və 161 İran şirkətinə qarşı sanksiya tətbiq edib.
Hüseyn İbadlı

-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir
-
Rəsmi xronika11:14
İlham Əliyev sərəncam imzaladı