Qərb Rusiya ilə Ukraynada hərbi qarşıdurmaya hazırlaşır
Bizi izləyin

Dünya

Qərb Rusiya ilə Ukraynada hərbi qarşıdurmaya hazırlaşır

ABŞ Müdafiə Nazirliyi Soçi Olimpiadasında iştirak edəcək idmançılarının “mümkün təcili evakuasiyası üçün” Qara dənizə iki hərbi gəmi göndərib. Dünən 600 dəniz piyadaçısı ilə iki Amerika hərbi gəmisi Dardanel və Bosfor boğazları keçərək Ukraynanın ərazi su

ABŞ Müdafiə Nazirliyi Soçi Olimpiadasında iştirak edəcək idmançılarının “mümkün təcili evakuasiyası üçün” Qara dənizə iki hərbi gəmi göndərib. Dünən 600 dəniz piyadaçısı ilə iki Amerika hərbi gəmisi Dardanel və Bosfor boğazları keçərək Ukraynanın ərazi sularına tərəf üzüb.

Xatırladaq ki, ABŞ bundan öncə də Soçi Olimpiya Oyunlarında təhlükəsizliyin təmin olunması üçün Rusiyaya yardım təklifini etmiş və təklif müsbət qarşılanmışdı. Doğrudanmı, ABŞ hərbi gəmilərinin Qara dənizi sularına daxil olması sərf Soçi idman yarışı ilə bağlıdır?

Publika.Az verdiyi xəbərə görə, “Nezavisimaya gazeta” başqa bir versiyanı irəli sürür.

Belə ki, Kiyevdə Ukrayna sahillərinə yaxınlaşan gəmilərin Viktor Yanukoviçə bir siqnal olacağını güman edirlər. “Bu, Viktor Yanukoviçə siqnal ola bilər ki, güc ssenarisinin həyata keçirilməsi haqqında Rusiya siyasətçilərinin məsləhətlərinə qulaq asmaq lazım deyil”, - qəzet yazır. Müxalifət və onları dəstəkləyən Qərb bu həftə Ukrayna prezidentindən konstitusiya islahatı, parlament əksəriyyətinin yenidən formalaşdırılması və yeni hökumətin formalaşdırılması kimi güzəştlər gözləyir. Bu isə Yanukoviçin de-fakto hakimiyyətdən imtina etməsi anlamına gəlir. Bu həftə həm də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland prosesi yaxından izləmək üçün Kiyevə gələcək.

Müxalifətin nümayəndələri iddia edirlər ki, hakimiyyət konstitusiya islahatını həyata keçirməyə və parlament funksiyalarının genişləndirməsi ilə razılaşmır. Siyasi-hüquqi İslahatlar Mərkəzinin rəhbəri İqor Koliuşo hesab edir ki, konstitusiya islahatlarını həyata keçirmədən nazirlər kabinetinin formalaşması mənasızdır. İstirahət günlərində güman edilirdi ki, Ali Rada qış tətilindən sonra növbəti sessiyanı keçirərək yeni baş naziri təyin edəcək. Baş nazir vəzifəsi “Batkişina” parlament fraksiyasının lideri Arseniy Yasenyuka təklif edilmişdi. Ancaq o, açıq şəkildə vəzifəyə satılmayacağını bildirərək prezident qarşısında bir sıra tələblər qoydu: Etiraz aksiyalarında saxlanılanların azad edilməsi və onlara qarşı açılan cinayət işlərinə xitam verilməsi, insan oğurluğu, işgəncə və ölüm faktlarının dürüst araşdırması, həmçinin dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan konstitusiya islahatının keçirilməsi və növbədənkənar parlament ilə prezident seçkilərinin keçirilməsi.

Siyasi ekspertlər bazar günü hesab edirdilər ki, Ali Radada güclərin bölgüsünü müxalifətin xeyrinə dəyişə bilər. Onların sözlərinə görə, Regionlar Partiyasından olan 205 deputatdan 78-inin prezident əksəriyyətindən çıxması mümkün görünür. Həmin deputatlardan söhbət gedir ki, onlar parlamentdə ən böyük oliqarxların maraqlarını müdafiə edilər. Oliqarxlar Qərbin sanksiya hədələrindən, həmçinin güc ssenarisinin tətbiq olunacağı halda ölkənin parçalanmasından narahat olmağa başlayıblar.

Dünən səhər isə vəziyyətin dəyişdiyi bildirilir. “Nezavisimaya gazeta”ya danışan məlumatlı mənbəyi bazar günü axşamı Yanukoviçin “oliqarxlar klubu”nu topladığını bildirib. “Yanukoviç oliqarxlara izah etdi ki, gəmidən qaçmaq lazım deyil. Mənbə bildirdi ki, prezident zəngin və nüfuzlu insanlara 2012-2013-cü illərdə onlar tərəfindən də Rusiya banklarından alınmış kreditləri xatırladıb. Belə olan halda Rusiyanın fikrinə qulaq asmamaq mümkün deyil”, - qəzet qeyd edir.

Kiyevdə hesab edirlər ki, Rusiya xarici işlər naziriı Sergey Lavrov Ukrayna hadisələri ilə bağlı tam olaraq Moskvanın mövqeyini bəyan etmir. Hansı ki, nazir Ukrayna hadisələrinə müdaxilə etdiyi üçün Qərbi tənqid edir və Rusiyanın mümkün vasitəçiliyindən danışır.

Rusiyalı ekspert Valentina Badrak isə hesab edir ki, Rusiyanın mövqeyi daha da sərtdir:

"Moskva Yanukoviçdən faktiki olaraq güc ssenarisini reallaşdırmağı tələb edir. Güc ssenarisi isə Yanukoviçi gec-tez məcbur edəcək ki, yardım ilə bağlı Rusiyaya rəsmi şəkildə xahiş etsin. 2008-ci ildə Ukrayna NATO-ya daxil olmağa hazırlaşırdı. Vladimir Putin isə Qərb partnyorlarına izah etdi ki, rəsmi statistikaya görə, bu ölkədə yaşayan 45 milyon insandan 17 milyonu rusdur. Bəzi regionlarda isə yalnız rus əhalisi yaşayır, Krımda isə bu göstərici 90 faizdir. Ukraynada yaşayan etnik rusların müdafiəsi Rusiyanın müdaxiləsi üçün əsas alət kimi istifadə edilə bilə. O zaman Qərb Rusiya ilə mübahisə etməməyə qərar verdi. Amma son vaxtlar görürük ki, ABŞ öz oyununu oynayır. Son günlərdə ABŞ rəsmiləri Ukraynaya Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı müzakirə etməyi israrla tövsiyə edir. Münhen təhlükəsizlik konfransında belə bir bəyanatla senator Con Makkeyn çıxış etdi. O, bildirdi ki, Ukraynanın gələcəyi ilə bağlı müzakirələr Yanukoviçlə deyil, Vladimir Putinlə aparılır”.

Qeyd edək ki, amerikalı senator Münhendəki çıxışında “Anlamaq lazımdır ki, Putin əslində nə istəyir? Onun Rusiya imperiyasını bərpa etmək xəyalı var. Ukraynaya təzyiq də bu siyasətin göstəricisidir” söyləmişdi.

Qərb Avropaya tamhüquqlu üzvlük planının reallaşdırılması üçün hakimiyyət dəyişikliyi ilə bağlı Maydanda edilən tələblərin yerinə yetirilməsini vacib hesab edir. Avropa İttifaqının xarici siyasətləri məsələləri üzrə baş komissarı Ketrin Eşton sabah Kiyevə gələcək. O, “Wall Street Journal”a müsahibəsində Ukraynanı keçid dövrü gözləyir. Eşton bildirib ki, Qərb Ukraynada keçirilən islahatları maliyyələşdirə bilər. A.Yasenyukun sözlərinə görə, Qərbin yardım paketi ən azı 15 milyard dollar ola bilər. O, qeyd edib ki, müxalifət Rusiyadan energetika asılılığının azalması, korrupsiya ilə mübarizə, vergi sistemi və bank sektorunda islahatları nəzərdə tutan islahatlar planını Münhendə təqdim edib.

ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olmasını şərh edən hərbi məsələləri üzrə ekspert V.Badrak “Nezavisimaya gazeta”ya açıqlamasında bildirib ki, indiki mərhələdə hərbi gücün tətbiqini istisna edir. “Demək çətindir ki, vəziyyət necə inkişaf edəcək. İndi hər şey Viktor Yanukoviçin qabiliyyətindən asılıdır. Mənəvi planda Ukrayna hakimiyyəti xalqla mübarizəni uduzdu. Amma gücdən istifadə edərək son döyüşə getməyə çalışacaqmı? Buna cavab vermək çətindir”, - ekspert deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm