Dünya
Çexlər Serj Sarkisyanı biabır etdilər
Ermənistan prezdienti Serj Sarkisyan Çexiya nəşri "Lidové
noviny"ya müsahibə verib.
Anspress-in məlumatına görə, çex jurnalistin sualları qarşısında
çətin anlar yaşayan Serj Sarkisyan "Dağlıq Qarabağ müstəqil
respublikadırmı" sualına birbaşa cavab verməkdən yayınıb. Suala
cavab vermək əvəzinə Ermənistan prezidenti jurnalisti Qarabağa
dəvət edərək özünün Dağlıq Qarabağın müstəqil respublika
olub-olmamasını görməsini tövsiyə edib.
Jurnalistin nəyə görə, "Ermənistanın Azərbaycan ərazisinin bir
hissəsini nəzarətdə saxlayır?" sualına isə Serj Sarkisyan
Ermənistanın regionda sülhsevər dövlət olması və Dağlıq Qarabağda
sülh yaratmaqda maraqlı olduğu cavabını verib.
Serj Sarkisyanın Ermənistanın regionda sülhə nail olmaq istəyi
olması kimi fikir səsləndirməsindən sonra çex jurnalist
Ermənistanda Rusiyanın hərbi bazasının yerləşdirilməsini
xatırladaraq və bu bazanın da regionda sülhə hesablandığı barədə
sual verib. Serj Sarkisyan isə Rusiya bazasının Ermənistanın
təhlükəsizliyi məqsədilə yaradıldığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl də Ermənistan prezidenti Serj
Sarkisyan Praqada çexiyalı həmkarı Miloş Zemanla görüşündən sonra
mətbuat konfransında da çətin anlar yaşamışdı.
Mətbuat konfransında jurnalistlər Ermənistanın Gömrük İttifaqına
girmək istəyində niyə belə tələskənlik göstərilməsi barədə suallar
veriblər. Həm də iddia ediblər ki, Gömrük İttifaqına təşəbbüs
qaldırmış Rusiya Ermənistanın sərhəd rayonlarında gedən atışmanı
guya yetərincə laqeydliklə izləyir və Kollektiv Təhlükəsizlık
Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olduğu halda
Azərbaycana çağdaş silahlar satır.
Sarkisyan isə buna cavab olaraq bildirib ki, bu qərar ölkənin milii maraqları əsasında verilib, ona görə də qərarı mümkün olduqca tez gerçəkləşdirmək lazımdır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK