Ankara təklifi ABŞ-a ÇATDIRDI: Dörd əsas Qərb ölkəsini Rusiya ilə...
Bizi izləyin

Dünya

Ankara təklifi ABŞ-a ÇATDIRDI: Dörd əsas Qərb ölkəsini Rusiya ilə...

Türkiyə Qərb dövlətləri ilə Rusiya arasında danışıqları təşkil etmək istəyir. Ankara artıq müvafiq təklifi Vaşinqtona təqdim edib.

Bu barədə Publika.az Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir.

"Türkiyə dörd əsas Qərb ölkəsini - ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanı Rusiya ilə eyni masada oturtmağı planlaşdırır. Bu plan hələ ki, bütün Qərb paytaxtlarının diqqətinə çatdırılmayıb, lakin mühüm və özəl kanallar vasitəsilə ABŞ-a çatdırılıb”, - məqalədə deyilir.

Vaşinqton da öz növbəsində belə bir addımı müsbət şərh edib.

"Ankara da Ukraynanın iradəsinə hörmətlə yanaşır və həmişə açıq kanallardan istifadə edərək izah edir ki, taktiki nüvə silahından istifadə etmədən müharibə sülhə qayıtmalıdır", - məqalədə qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin Qərblə “yeni böyük müqavilə” bağlamağı planlaşdırır. Guya qismən Ukraynaya şamil olunacaq.

Kalın həmçinin hesab edib ki, Volodimir Zelenski Vladimir Putinlə danışıqlardan rəsmi imtinanı təsdiqləməsinə baxmayaraq, Ukrayna və Rusiya arasında danışıqlar gələcəkdə bərpa oluna bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm