NASA Aya göndərəcəyi missiyanın yeni uçuş tarixini elan etdi
Bizi izləyin

Dünya

NASA Aya göndərəcəyi missiyanın yeni uçuş tarixini elan etdi

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Aya göndərəcəyi "Artemis 1" missiyasını noyabrın 14-də yola salmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə NASA-nın bugünkü açıqlamasında deyilir.

Buraxılış üçün ehtiyat günlər noyabrın 16-sı və 19-u seçilib. Buraxılışın uğurla keçəcəyi təqdirdə "Artemis"in Ayın orbitinə uçuşu və Yerə geri dönməyi 25 gün çəkəcək. Aparatın dekabrın 9-da Yerə qayıtması nəzərdə tutulur.

Qeyd edək ki, "Artemis 1"-in uçuşu avqustun sonlarında planlaşdırılsa da, daşıyıcı raketdə qeydə alınan yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm