60 il sonra yeni NÜVƏ QARŞIDURMASI
Bizi izləyin

Dünya

60 il sonra yeni NÜVƏ QARŞIDURMASI

1960-cı illərdə olduğu kimi, hərbi ritorika diplomatiya ilə məğlub edilməlidir. Tərəflərin bütün dünyanın rifahı naminə güzəştə getmələri lazımdır.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunmuş məqalədə deyilir. Nüfuzlu nəşrin qənaətincə, dünyadakı nüvə qarşıdurmasını yalnız danışıq yolu ilə həll etmək olar.

"Bu ilin oktyabrında ABŞ və Sovet İttifaqı arasında 13 günlük qarşıdurmaya çevrilən Kuba Raket Böhranından 60 il ötür. Hazırda biz yenidən nüvə gücləri arasında münasibətlərin kritik gərginlik nöqtəsinə yaxınlaşdığını müşahidə edirik. Amma keçmişin dərsləri mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər, - “The Washington Post” yazır.

“Yadda saxlamalıyıq ki, heç bir halda nüvə silahından bir daha istifadə edilməməlidir. Belə bir gərgin məqamda tarixin dərslərini, eləcə də Ronald Reyqan və Mixail Qorbaçovun 1985-ci ildə “Nüvə müharibəsində qalib ola bilməz” bəyanatını xatırlatmaq lazımdır”- nəşr qeyd edib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm