Somalidə silahlılar otelə hücum etdilər
Bizi izləyin

Dünya

Somalidə silahlılar otelə hücum etdilər

"Əş-Şəbab" terror qruplaşmasının silahlılarının Somalinin Kismayo şəhərində otelə hücumu nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi yerli polisə istinadən bildirib.

"Terrorçular “Təvakal” otelinə hücum ediblər, binanın içərisində təhlükəsizlik xidmətinin əməkdaşları ilə silahlılar arasında döyüş davam edir", - deyə polis zabiti Abdullahi İsmayıl bildirib.

Somalinin "Garowe Jubaland" xəbər portalı Cubalend ştatının polis rəisi Mohamed Nasi Quledə istinadən məlumat verib ki, otelin içərisində üç silahlı terrorçu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm