Dünyanın hərbi xərcləri: Kim nə qədər xərcləyir?
Bizi izləyin

Dünya

Dünyanın hərbi xərcləri: Kim nə qədər xərcləyir?

Hərbi məsələlər üzrə ixtisaslaşmış “Jane`s” qəzeti dünya ölkələrinin müdafiə büdcəsi ilə bağlı hazırladığı hesabatı açıqlayıb.Publika.Az –ın verdiyi xəbərə görə, ABŞ müdafiə xərcləri üçün 582,4 milyard dollar ayırmaqla siyahıda birinci yeri tutur.

Hərbi məsələlər üzrə ixtisaslaşmış “Jane`s” qəzeti dünya ölkələrinin müdafiə büdcəsi ilə bağlı hazırladığı hesabatı açıqlayıb.Publika.Az –ın verdiyi xəbərə görə, ABŞ müdafiə xərcləri üçün 582,4 milyard dollar ayırmaqla siyahıda birinci yeri tutur.

Sonrakı yerlərdə 139,2 milyard dollarla Çin, 68 milyard dollarla Rusiya və 57 milyard dollarla İngiltərə qərarlaşıb. Hesabatda Rusiyanın qarşıdakı illərdə hərbi xərcləri sürətlə artırmaq istədiyi qeyd olunub. 700 milyard dollarlıq modernləşdirilmə proqramının icrasına başlayan Rusiya 2016-cı ildə illik hərbi büdcəsini 44 faiz artıraraq 98 milyard dollara çatdıracaq.

2014-cü ildə hərbi xərclərdə 13,5 faizlik artım planlaşdıran Rusiyada iqtisadi inkişafın tempi zəiflədiyi üçün digər xərclərin azaldılması gündəmə gəlib. Qəzetin hesabatına görə, qlobal miqyasda hərbi xərclər 2009-cu il maliyyə böhranı sonrası ilk dəfə artmağa başlayıb. Hesabatı hazırlayan mütəxəssislərə görə, son illər hərbi xərclərin azalması ABŞ-ın İraq və Əfqanıstandan çıxması ilə bağlıdır.

Hesabata görə, Çin və ABŞ-ın ümumilikdə hərbi i xərcləri 2015-ci ildə bütün Avropanın hərbi xərclərinə bərabər olacaq. Hərbi mütəxəssis Fenella Makgerti Çinin hərbi xərclərin İngiltərə, Almaniya və Fransanın ümumlikdə götürülmüş xərclərin çox olduğuna diqqət çəkir.

Dünya miqyasında hərbi xərclər 2014-cü ildə 1,547 trilyon dollarla 2009-cu il səviyyəsinə düşəcək. Keçən ilə görə isə artımın 0,6 fazi olması gözlənilir.Yaponiya 55, Fransa 53, Hindistan 45, Səudiyyə Ərəbistanı 44, Almaniya 44 və Cənubi Koreya 33 milyard dollarla ilk onluqda qərarlaşıb. Türkiyə isə 20,6 milyard dollarla siyahıda 14-üncü yerdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm