Qobi səhrasında otel tikiləcək
Bizi izləyin

Dünya

Qobi səhrasında otel tikiləcək

Çində Qobi səhrasının bir hissəsini “canlandırmaq” məqsədi ilə “Lotus” (Lotos) adlı otel tikmək niyyətindədirlər.

Layihə üzərində “PLaT Architects” şirkətinin mütəxəssisləri işləyiblər. Otel Pekindən 800 kilometr qərbdə Baotou və Ordos şəhərləri arasındakı səhralıqda inşa olunacaq. Memarlar bu mürəkkəb problemin həlli yolunu dəmir panellərin köməyi ilə tikilini qumda bərkitməkdə görüblər. Otel sakinlərinə səhra mühitini hiss etdirmək üçün yerli materiallardan istifadə olunacaq.

Otelin tikildikdən sonra regionda daha bir neçə memarlıq layihəsinin həyata keçirilməsi planlaşdırılır. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm