Bu ölkələr SEPAH-ı terror təşkilatı kimi tanımağa hazırlaşır
Bizi izləyin

Dünya

Bu ölkələr SEPAH-ı terror təşkilatı kimi tanımağa hazırlaşır

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər.

Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb.

Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.

XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.

ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları İİKK-nı terror təşkilatı kimi tanıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm