Vaşinqtonun Kiyevə gözlənilməz “hədiyyə”si
Bizi izləyin

Dünya

Vaşinqtonun Kiyevə gözlənilməz “hədiyyə”si

Vaşinqton Kiyevə hərbi sahədə gözlənilməz “hədiyyə” hazırlayıb, köhnəlmiş raket əleyhinə sistemlərin tədarükünü artırıb

Publika.az “reuters”- ə istinadla xəbər verir ki, Amerika tərəfi Rusiyanın “Kalibr” raketləri və pilotsuz təyyarələrinə qarşı çıxmaq üçün MIM-23 HAWK hava hücumundan müdafiə sistemini Kiyevə göndərmək niyyətindədir.

Agentlik, həmçinin yazır ki, Qərb sözdə Kiyevə “hərtərəfli dəstək” vəd edir, lakin Ukraynaya köhnəlmiş hərbi texnika göndərir.

Analitiklərin fikrincə, nə ABŞ, nə də Avropa ölkələri öz qabaqcıl sistemlərini kütləvi şəkildə Kiyevə köçürməyə tələsmirlər. Qərb dəfələrlə bildirib ki, belə sistemlərin Ukraynaya çatdırılacağı təqdirdə, Rusiya hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyat edir.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm