Dünya
İŞİD-ə qoşulan 42 yaşlı qadının şok hekayəsi – İki uşağını belə...
İŞİD terror təşkilatının qadınlardan ibarət birliyinin komandiri olduğunu etiraf edən amerikalı qadın 20 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, keçmiş müəllim Ellison Flük-Ekren adlı qadın səkkiz il İraq, Suriya və Liviyada terror aktları həyata keçirib.
42 yaşlı Ellison bu müddətdə 100-dən çox qadın və qıza hərbi təlim keçdiyini də etiraf edib. Bundan başqa, 12 uşağı olan Flük-Ekren bəzi övladları tərəfindən cinsi təcavüzdə günahlandırılıb.
Hökmdən əvvəl prokurorlar qanunun icazə verdiyi maksimum cəzanın Flük-Ekren üçün kifayət etməyəcəyini bildiriblər. 42 yaşlı qadının vəkilləri onun Suriyada yaşadığı olaylardan sarsıldığını iddia edərək, daha az cəza istəyiblər.

Flük-Ekren adlı keçmiş müəllim Kanzas ştatında Overbruk adlı kiçik qəsəbədə böyüyüb və məhkəmə sənədlərinə görə, İŞİD sıralarında yüksələn fanatik yaraqlıya çevrilib. Daha sonra ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi İŞİD-də bir qadının lider postuna yüksəlməsi ehtimalının nadir nümunəsini göstərib.

2000-ci illərin əvvəllərində öncə Liviya silahlı qruplaşması “Ənsar Əl-Şəriyə”, sonra isə İŞİD üzvü olan ikinci əri ilə birlikdə Yaxın Şərqə köçüb. Bununla belə, vaxtaşırı Kanzasa baş çəkməyə davam edib.
Flük-Ekren təxminən 2012-ci ildə Suriyaya qaçıb və əri müharibədə öldürüldükdən sonra daha iki terrorçu ilə evlənib. Banqladeşli dron mütəxəssisi də daxil olmaqla, iki sonrakı ər də döyüşərkən öldürülüb.

Təxminən dörd il sonra Flük-Ekren terror təşkilatının “paytaxt” elan etdiyi Suriyanın Raqqa şəhərində qadınlardan ibarət İŞİD batalyonu “Xətibə Nüsaybə”nin lideri və təşkilatçısı olub. 42 yaşlı keçmiş müəllimin buradakı əsas missiyası qadınlara döyüş üzrə hərbi təlim keçməkmiş. Eyni zamanda, ABŞ-da mümkün terror aktları üçün müxtəlif şəxslərin İŞİD-ə cəlb edilməsində aktiv rol oynayıb.
“Flük-Ekren gənc qızların beynini yuyub və onlara özlərini öldürməyi öyrədib”, - ABŞ Baş prokurorunun müavini Rac Parex məhkəmədə deyib.

Flük-Ekrenin 12 uşağından ikisi məhkəməyə məktublarında analarının onlara cinsi istismar etdiyini iddia edib. Flük-Ekrenin vəkilləri bildiriblər ki, qadın İŞİD-dəki rolunu etiraf etsə də, təcavüzə dair iddiaları qəti rədd edir.
-
Hadisə20:48Kəlbəcərdən üzücü xəbər - Ölənlər var
-
Yaxın Şərq20:36Bu ölkə İran PUA-larını ələ keçirdi
-
Magazin120:00Tolik qızının 1 yaşını qeyd etdi - Video
-
Avropa19:00Əsrin soyğunu: Avropada 12 ton şokolad batonu oğurlandı
-
MDB18:24Güclü daşqınlar Dağıstanda həyatı iflic etdi
-
Hadisə18:1284 vətəndaş təhlükəsiz əraziyə təxliyə edildi - Foto/Video
-
Hadisə17:50İntensiv yağışlar Mingəçevir su anbarında suyun səviyyəsini artırdı
-
İdman17:40Bekhem niyə özünə qala qurur? - Foto
































