Ukraynalı ekspert: “Krım bir daha Ukraynaya qayıtmayacaq”
Bizi izləyin

Dünya

Ukraynalı ekspert: “Krım bir daha Ukraynaya qayıtmayacaq”

Bu həftəsonu dünya təəccüblü bir hadisənin şahidi ola bilər. Əgər 18 sentyabrda Şotlandiyada keçiriləcək müstəqillik referendumunda “bəli” səsləri üstünlük təşkil edərsə.

Müstəqillik tərəfdarlarının qalib gələcəyi halda Şotlandiya 24 mart 2016-cı ildə müstəqilliyini elan edicək. Şotlandiya və İngiltərə üçün bu əlamətdar tarix olacaq. Məhz 1603-cü ildə bu gündə iki müstəqil krallıq vahid dövlətdə birləşdilər. Düz 411 il əvvəl şəxsi sülalə ittifaqı bağlanmışdı: Şotlandiya kralı VI Yakov ingilis kralı I Yakov oldu.

Və budur, Şotlandiyanın referendum yolu ilə Birləşmiş Krallıqdan ayrılması üçün ilkin şərtlər var. Əvvəllər yalnız 2-6 faiz təşkil edən müstəqillik tərəfdarları son sorğulara görə, 47 faizə qədər artıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Versii.com” saytında siyasi ekspert, “Kiyevskiy teleqraf” qəzetinin baş redaktoru Vladimir Skaçkonun müəllifi olduğu bir yazıda Şotlandiyada keçiriləcək referendum fonunda Ukraynadakı hadisələr dəyərləndirilib. Həmin yazını təqdim edirik.

Nədənsə Birləşmiş Krallığın bu tarixi Ukraynanın gözlənilməz dəyişikliklərinə oxşardır. Birləşmiş Krallıq unitar dövlətdir, amma eyni zamanda dörd tarixi vilayətə malikdir. Hansı ki, onlardan üçü yüksək muxtariyyətə malikdir. Şimali İrlandiya, Uels və Şotlandiyanın öz parlamentləri və hökumətləri var. Qəribə olsada da, İngiltərə nə parlamentə, nə də hökumətə malikdir. Devid Kemerona ümumilikdə Böyük Britaniya parlamentinin sükanı arxasındadır.

Bu yaxınlara qədər Ukrayna da unitar dövlət idi, amma tərkibində Krım Muxtar Respublikası var idi. Bu ilin martında Krım Muxtar Respublikası müstəqillik haqqında referendum keçirərək Ukraynanın tərkibindən çıxması və Rusiyaya birləşməsi haqqında fikrini bildirdi. Rusiya da Krımı qeyd-şərtsiz qəbul etdi. Ukrayna bunu işğal hesab edir və nəyin bahasına olursa-olsun, yarımadanı qaytaracağını bildirir.

Analoji referendumlar 11 may 2014-cü ildə Donetsk və Luqansk vilayətlərində də keçirildi. Vilayətlər Donetsk və Luqansk “xalq respublikaları”nın yaradılmasına səs verdilər. Və bu faktiki olaraq 22 fevrala kimi mövcud olan Ukraynanın mövcudluğunun dayandırılması anlamına gəlir. Krımın gələcəkdə bir daha Ukraynanın tərkibinə qayıtmayacağı yuksək ehtimaldırsa, Ukrayna həmçinin ölkənin şərq ərazilərinin itirlməsi riski qarşısındadır. Donbas əllərində silahla öz müstəqilliyini müdafiə edirlər. Həm Krım, həm də Donbas Ukraynanın xarici siyasət xəttini dəyişdirdiyi üçün belə bir addım atmağa məcbur olduğunu bildirir.

Şotlandiya da hesab edir ki, Birləşmiş Krallığın siyasətindən xilas olur. Çünki hesab edir ki, Şotlandiyanı Avropa Birliyinin beynəlxalq bürokratiyası öldürür, Böyük Britaniya öz iradəsini çox diktə edir və Şotlandiyanın qayğısına az qalır və s.

Bütün bunlarla yanaşı, Krım, “DXR” və “LXR”də keçirilən referendumlar Şotlandiyadakı referendumdan kardinal şəkildə fərqlənir. Hər şeydən əvvəl beynəlxaql cəmiyyətin münasibəti fərqlidir.

Bir çox ekspertlər proqnozlaşdırırlar ki, Avropa Birliyinin dağılması Birləşmiş Krallığın dağılmasından başlanacaq. Çünki referendum yolu ilə müstəqilliyi almış qürurlu şotlandiyalılar başqa ölkələrdə müstəqillik tərəfdarları üçün nümunə olacaq. İspaniya (Kataloniya və Basklar ökəsi), Belçika, İtaliya və sair.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm