Polşaya raket hücumu ilə bağlı NATO-dan KRİTİK AÇIQLAMA: "Açıq şəkildə bildirdik ki..."
Bizi izləyin

Dünya

Polşaya raket hücumu ilə bağlı NATO-dan KRİTİK AÇIQLAMA: "Açıq şəkildə bildirdik ki..."

"Amerika Birləşmiş Ştatlarının Rusiyanın Polşanı raketlərlə vurmasına dair heç bir sübutu yoxdur, ona görə də NATO-nun növbəti cavabını proqnozlaşdırmaq hələ tezdir".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu brifinqdə Pentaqonun sözçüsü Pat Rayder deyib.

"İki Rusiya raketinin Polşa ərazisində Ukrayna ilə sərhədə yaxın bir obyektə düşməsi ilə bağlı mətbuat xəbərlərindən xəbərdarıq. Hazırda bu hesabatları dəstəkləmək üçün heç bir məlumatımız yoxdur, lakin biz yenə də onları ciddi qəbul edirik və araşdırırıq", - Rayder deyib.

Mətbuat katibinin sözlərinə görə, o, hələ ki, Polşaya raket hücumu ilə bağlı məlumatın doğru olduğu ortaya çıxmayıb. Bu səbəbdən bunun nəticələri ilə bağlı fərziyyələr irəli sürmək istəmir.

“Təhlükəsizlik zəmanətlərimizə və 5-ci maddəyə gəldikdə, biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyimizi açıq şəkildə bildirdik”, - o vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Polşa KİV-lərində rusların Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv kəndinə raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Nəticədə insanlar həlak olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm