Tomas de Vall: “Yerevanın Qərbə çıxışı bağlandı”
Bizi izləyin

Dünya

Tomas de Vall: “Yerevanın Qərbə çıxışı bağlandı”

“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall Ermənistanın Qərblə Rusiya arasında düşdüyü vəziyyəti şərh edib.


Publika.az xəbər verir ki, britaniyalı ekspertə görə, bu gün Yerevan ümidlərini yalnız Qazaxıstan və Belarusa bağlayıb.


“Kim Cənubi Qafqazı təmiz geosiyasi lövhə kimi görmək istəyirsə, o məyus olacaq”,- deyən de Vall bildirir ki, Rusiyanın aşkar narazılığına baxmayaraq, Ermənistan prezidenti Serj Sərkisyan NATO-nun Uels sammitində iştirak etdi.


“Ermənistan Rusiya, Qərb və İran arasında manevr etməyə çalışırdı. Bu gün əsas vektor Rusiyadır. Sentyabrın 3-də Sərkisyan ani dəyişiklik edərək bildirdi ki, ölkəsi Avrasiya İttifaqına qoşulur. Martda isə BMT-də Ermənistan Krım məsələsində Rusiyanı dəstəkləmiş ölkələrin yanında idi. Buna baxmayaraq, manevr siyasəti qalırdı. NATO-nun Uels bəyannaməsində ərazi bütövlüyünün müdafiə məsələsində Azərbaycan, Gürcüstan, Moldova ilə yanaşı Ermənistanın da adının salınması Sərkisyana minnətdarlıq jesti idi. Yəni o, Putindən çəkinmədən cəsurluq etmişdi. Bundan başqa, Ermənistan hesablama sistemlərində NATO ilə əməkdaşlıq edir. Buna paralel olaraq, Rusiya müxtəlif yollarla Ermənistanda təsirini artırmağa çalışır. Yerevanda Moskva Dövlət Universitetinin filialının açılışı buna son təşəbbüs idi. Amma iki tərəf arasında müəyyən etibarsızlıq da var”, - deyə T. Valla bildirir.


Fondun eksperti qeyd edir ki, 2013-cü ilin yayında Yerevan Avropa Birliyi ilə Assosiativ Sazişin detallarını müzakirə etdiyi vaxt qəfil dönüş edərək əks istiqaməti, Avrasiya İttifaqını seçdi: “Bu gün ermənilər ümid dolu gözlərini Nursultan Nazarbayevlə Aleksandr Lukaşenkoya dikib. Onların heç biri ittifaqa Ermənistanın qoşulmasına etirazını gizlətmir. Ermənistan 800 adda gömrük tariflərində güzəştlər ala bilərdi, amma Lukaşenko ittifaqın yeni üzvləri üçün “istənilən xüsusi şərtlərin və ya statusun” tətbiqinə etiraz etdi. İndi Yerevan manevr imkanlarını tükədir. Hətta Avrasiya İttifaqı şəxsi ziddiyətlərin ağırlığı altında dağılsa da, bundan sonra Ermənistan Brüssellə münasibətləri itirdi. Yəni, bununla Yerevanın Qərbə çıxışı bir növ bağlandı”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm