NATO PA Rusiyanı terrorçu ölkə kimi tanıdı
Bizi izləyin

Dünya

NATO PA Rusiyanı terrorçu ölkə kimi tanıdı

Şimali Atlantika Alyansının Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu ölkə kimi tanıyıb.

Publika.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Qeyd edilib ki, nümayəndələr Rusiya Federasiyasının cinayətləri üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasını istəyiblər.

"NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təkliflərini dəstəklədi. Belə tribunal bizə təkcə hərbi cinayətlərin birbaşa səbəbkarlarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini mühakimə etməyə imkan verəcək" , - Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndəliyinin rəhbəri Yeqor Çernev bildirib.

Bundan əlavə, qəbul edilmiş sənəddə Ukrayna ilə bağlı aşağıdakı qərarlar var:

  • Silah təchizatının artması;
  • Ukraynanın NATO-ya daxil olması planının hazırlanması;
  • Rusiyadan Ukraynanın xeyrinə təzminatların alınması mexanizminin yaradılması.

Xalq deputatı onu da qeyd edib ki, qətnamədə Alyansın Ukraynaya lazım olan müddətdə dəstək verməsi prinsipi öz əksini tapıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm