Separatçıların nümayəndəsi: “Putinə hörmət etdiyimiz üçün...”
Bizi izləyin

Dünya

Separatçıların nümayəndəsi: “Putinə hörmət etdiyimiz üçün...”

Donetsk və Luqansk “xalq respublikaları”nın silahlıları özlərini Ukrayna hakimiyyəti ilə razılaşdırılan sülh protokolunun iştirakçısı hesab etmirlər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “Ali Soveti”nin spikeri Boris Litvinov bildirib.

Onun sözlərinə görə, Donetsk və Luqansk "xalq respublikaları”nın nümayəndələri Minskdə keçirilən danışıqlarda müşahidəçi kimi iştirak edib. “Biz birbaşa olaraq üçtərəfli görüşün iştirakçısı deyildik. Biz yalnız Rusiya prezidenti Vladimir Putinin təşəbbüslərinə hörmət etdiyimiz üçün görüşdə iştirak edirdik”, - separatçı qurumun “Ali Soveti”nin spikeri deyib.

O, qeyd edib ki, Minsk protokolunun bütün bəndlərini yerinə yetirmək mümkün deyil: “Mən protokolu yalnız niyyətlərin ifadəsi adlandırardım. Protokolun bəndlərinin hər biri üçün danışmaq lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm