BMT Təhlükəsizlik Şurası Ukraynaya görə TƏCİLİ TOPLANIR
Bizi izləyin

Dünya

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə TƏCİLİ TOPLANIR

Noyabrın 23-dən 24-nə keçən gecə yarısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Ukrayna üzrə təcili iclas keçirəcək.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının təşkilatdakı nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"Bu gün bizim infrastruktur obyektlərinə hücumlarımızdan qorxan ukraynalılar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etdilər. Təhlükəsizlik Şurasının prosedur qaydalarını pozaraq, Volodimir Zelenski yenidən videobağlantı vasitəsilə Ukraynadan spiker elan edilib", - Polyanski deyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm