Ukrayna nüvə dövləti statusunu bərpa edəcək - Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Ukrayna nüvə dövləti statusunu bərpa edəcək - Rəsmi açıqlama

"Nüvə silahı Ukraynanı Rusiyadan qoruya bilər. Amma onu da bildirim ki, Ukraynanın nüvə silahına malik ölkə statusunun bərpası hazırda gündəmdə deyil. Rusiya qeyri-rəsmi olaraq indiyədək dəfələrlə bildirib ki, müqavimət göstərsək, bizə qarşı taktiki nüvə silahından istifadə edəcək".

Publika.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, bu fikirləri bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında müdafiə naziri Valeri Qeletey səsləndirib. Onun sözlərinə görə, Ukraynanın şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı artıq başa çatıb və indi Kiyev Rusiyadan müdafiə sistemini qurmalıdır.

Qeletey vurğulayıb ki, Qərbdən ciddi yardım və həmrəylik görməyəcəyi təqdirdə, Ukrayna istər-istəməz yenidən nüvə dövlətinə çevriləcək. "İndiki silahlı münaqişədə Qərbin dəstəyini almasaq, nüvə silahına malik ölkə statusumuzu bərpa etməli olacağıq".

Xatırladaq ki,Ukrayna sabiq SSRİ-dən qalmış nüvə silahından Sovetlər Birliyi dağılandan sonra imtina edib.
Bunun müqabilində 1994-cü ildə Budapeştdə imzalanmış bəyannaməyə uyğun olaraq, Ukrayna ABŞ, Rusiya və Britaniyadan təhlükəsizlik təminatı alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm