Türkiyə hökuməti fəthullahçılara iş açdı
Bizi izləyin

Dünya

Türkiyə hökuməti fəthullahçılara iş açdı

Türkiyə hökuməti, baş nazir Ərdoğanın “parallel dövlət” adlandırdığı proseslə bağlı cinayət təhqiqatına başlamaq qərarı verib

Rəcəb Təyyib Ərdoğan “dövlət içində dövlət” qurmaq istəyənlərin ona qarşı korrupsiya ittihamları irəli sürdüyünü iddia etmişdi. Baş nazir bu qənaətdədir ki, onun keçmiş müttəfiqi, hazırda ABŞ-da könüllü sürgündə olan vaiz Fəthullah Gülənin davamçıları ölkənin polis və ədliyyə orqanlarına soxulublar.

Ərdoğan deyib ki, “biz belə bir təşkilatın dövlətimizə qəsd etməsinə dözə bilmərik və bu, bizim üçün ölüm-dirim mübarizəsidir”. Cinayət təhqiqatı dövlət strukturlarında “yuva salmış” fethullahçıları aşkar etməlidir. Ötən ilin dekabrında baş nazir Ərdoğanın administrasiyasına yaxın olan 80 nəfər korrupsiya ittihamları ilə həbs edilmişdi.

Bundan sonra hökumət əks-hücuma keçdi və minlərlə polis zabiti, 200-dək prokuror vəzifələrindən uzaqlaşdırıldı. Öz növbəsində Fətullah Gülən ona qarşı bütün ittihamları rədd edir. /Azadliq.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm