“iPhone 15” üçün son nəsil sensor alınacaq
Bizi izləyin

Dünya

“iPhone 15” üçün son nəsil sensor alınacaq

“Apple” “iPhone 15" smartfonları üçün Yaponiyanın "Sony" şirkətindən ən son görüntü sensorlarını almaq niyyətindədir.

Publika.az xəbər verir ki, hazırda yalnız Yaponiyada mövcud olan yeni "Sony Semiconductor Solutions" sensorunda digərləri ilə müqayisədə hər pikseldə doyma siqnalının səviyyəsi təxminən iki dəfə artıb.

Bu sensor dinamik diapazonu genişləndirməyə, işığa həssaslığı artırmağa və səs-küy səviyyəsini azaltmağa imkan verir. Bununla da smartfon istifadəçiləri daha yüksək keyfiyyətli şəkillər çəkə biləcəklər.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm