Ölümün səbəbi bilindi - Tədqiqatın DƏHŞƏTLİ NƏTİCƏLƏRİ
Bizi izləyin

Dünya

Ölümün səbəbi bilindi - Tədqiqatın DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

Ölü doğumların səbəbi bəlli olub. Pekində aparılan araşdırmada, hər il bir milyona yaxın ölü doğumun havanın çirklənməsi ilə əlaqəli olduğu deyilir.

Publika.az xəbər verir ki, araşdırmada dünyada qeydə alınan ölü doğumların yarısının texniki vasitələrdə istifadə olunan yanacaqlardan ətrafa yayılan zərərli maddələrin ekologiyaya təsiri nəticəsində baş verə biləcəyi qeyd olunur.

Qeyd edək ki, Pekin Universitetinin İctimai Sağlamlıq Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan araşdırma ölü doğumların 98 faizinin baş verdiyi Asiya, Afrika və Latın Amerikasından olan 137 ölkəni əhatə edir.

Çirklənmiş havanın ölü doğum riskini artırdığı bilinir. Ancaq ilk dəfədir ki, fetal ölümlərə diqqət yetirən belə bir araşdırma aparılır.

Oktyabr ayında aparılan başqa bir araşdırmada döllərin beyin və ağciyərlərində zəhərli hava çirkli hissəciklərinin tapıldığı müəyyən edilmişdir.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm