Separatçılar Ukraynanın minaatan batareyasını məhv edib
Bizi izləyin

Dünya

Separatçılar Ukraynanın minaatan batareyasını məhv edib

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun döyüşçüləri Ukrayna ordusunun minaatan batareyasını məhv edib.

Publika.az-ın ria.ru xəbər saytına istinadən verdiyi məlumata görə, “DXR”in “baş naziri” Aleksandr Zaxarçenko Ukrayna hərbçilərinin ATƏT-in müşahidə missiyasına atəş açdığını bildirib.

ATƏT-in nümayəndə də müşahidə missiyasının atəş altında düşdüyünü təsdiq edib. Təşkilatdan bildiriblər ki, missiyanın avtomobilinə minaatandan 19 dəfə atış açılıb.

Xatırladaq ki, Ukrayna böhranının nizama salınması üçün yaradılan üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) 5 sentyabrda Minskdə keçirilən iclasında Kiyev hakimiyyəti ilə separatçılar atəşkəs razılaşması imzalayıb. Lakin atəşkəs rejimi mütəmadi olaraq pozulur. Atəşkəs rejiminin pozulmasına görə tərəflər bir-birini ittiham edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm