BMT nəyi gizlədir? - Zaxarova şok detalları açıqladı
Bizi izləyin

Dünya

BMT nəyi gizlədir? - Zaxarova şok detalları açıqladı

BMT Avropadakı ukraynalı qaçqınların cinsi köləliyi ilə bağlı məlumatları gizlədir.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktoru Mariya Zaxarova deyib. Diplomatın iddia etdiyinı görə, İsveç mediası bir neçə aydır ki, ukraynalı qadınlara qarşı törədilən zorlamalar barədə məlumatlar dərc edir, lakin Kiyev və beynəlxalq ictimaiyyətdən heç bir reaksiya yoxdur.

Diplomat diqqəti ukraynalı qaçqınların Avropada getdikcə daha çox cinsi köləliyin qurbanına çevrildiyini bildirən İsveç Bərabərlik Nazirliyinin bəyanatına çəkib: "BMT və insan haqları strukturları susur, çünki əsl humanitar problemə diqqət çəkmək onların qaydalarına daxil deyil. Yaxud da başqa siyasi sifariş hazırladıqları üçün. Düzünü desəm, bu variantların hər ikisi daha pisdir".

Zaxarova həmçinin qeyd edib ki, İsveç mediası bir neçə aydır ki, ukraynalı qadınlara qarşı törədilən zorlamalar barədə məlumatlar dərc edir, lakin Kiyev və beynəlxalq ictimaiyyətdən heç bir reaksiya yoxdur.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm