“İŞİD zirvəsi”ndən qərar çıxdı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

“İŞİD zirvəsi”ndən qərar çıxdı – SON DƏQİQƏ

Publika.az xəbər verir ki, Fransanın paytaxtı Parisdəki İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı zirvə toplantısında İraqa hərbi dəstək qərarı çıxarılıb.

Xatırladaq ki, İŞİD terror təşkilatına qarşı toplanan və 40-a yaxın ölkədən dəstək verilən koalisiyanın təmsilçiləri bu gün Fransanın paytaxtı Parisdə görüşüblər. Zirvəyə Fransa prezidenti Françis Olland ev sahibliyi edib.

Britaniyalı Devid Neynsin İŞİD yaraqlıları tərəfindən edam edilməsindən sonra kabinetin təcili toplantısını çağıran baş nazir Devid Kemeron isə bunun cəzasız qalmayacağını bildirib.

Böyük Britaniyanin baş naziri Devid Kemeron deyib: "Qruplaşma İraq və Suriyada müsəlman, xristian və digər dinlərin nümayəndələrinə fərq qoymadan onları qətlə yetirir. Baş verənlərdə günahkar olanlar tapılaraq cəzalandırılacaq. Silahlılara qarşı keçirilən hava əməliyyatlarına dəstəyi artıracağıq".

Devid Kemeron İŞİD-in Böyük Britaniyada terror hücumları həyata keçirmək planının olduğuna dair xəbərdarlıq da edib.

"Associated Press" agentliyi isə İŞİD-lə bağlı maraqlı faktlar əldə edib. Agentliyin ABŞ kəşfiyyatına istinadən verdiyi məlumata görə, qruplaşma neft satışından gündə 3 milyon dollardan çox gəlir əldə edir. Bildirilir ki, hazırda İŞİD Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. İŞİD silahlılarının Suriyadan atdığı mərmilərdən ikisi isə Türkiyə ərazisinə düşüb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm