İngiltərə 1 trilyon funt-sterlinqdən məhrum ola bilər
Bizi izləyin

Dünya

İngiltərə 1 trilyon funt-sterlinqdən məhrum ola bilər

Şotlandiyanın 18 sentyabrda keçiriləcək referendumda müstəqillik əldə etməsi İngiltərəyə böyük maliyyə zərbəsi vura bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şotlandiyanın müstəqillik əldə edəcəyi halda İngiltətə 1 trilyon funt-sterlinq dəyərindəki neftdən məhrum olacaq.

“Andrews Kurth” enerji şirkətinin Dubay ofisinin enerji hüququ mütəxəssisi Hug Frazer Şimal dənizindəki neft və təbii qazın İngiltərə üçün çox əhəmiyyətli olduğunu ifadə etdi. İngiltərənin 1970-ci illərdən indiyə kimi Şimal dənizindəki neft ehtiyatlarından 1,1 trilyon funt- sterlinq dəyərində gəlir əldə edildiyini deyən Fraser qeyd edib ki, bunun təxminən 330 milyardı yalnız şirkətlərdən yığılan vergilərdir. Son məlumatlara görə bölgədə hələ təxminən 16,5 milyard barrel neft ehtiyat mövcuddur.

Bəzi enerji mütəxəssisləri isə Şimal dənizində 30-40 il ərzində çıxarıla bilərn 15-24 milyard barrel neft ehtiyatının olduğunu təxmin edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm