Dünya
Piratlar gəmini batırdı: 500 ölü
Ötən gün ərzində Aralıq dənizində miqrantları daşıyan daha bir gəmi batıb. Publika.az-ın məlumatına görə, qəza nəticəsində 500-dən çox miqrant gəmi ilə birlikdə sulara qərq olub.
Gəmidən cəmi 11 nəfər xilas ola bilib.500 nəfərdən çox adamın
olduğu gəmi sentyabrın 6-da Misirin Dumyat şəhərinin limanından
çıxıb. Suriya, Misir, Sudan və Fələstindən olan miqrantlar gəmi ilə
Avropaya getməyə çalışıblar.
Beynəlxalq Miqrasiya Təşkilatı araşdırmaların nəticəsi olaraq,
gəminin batma səbəbini açıqlayıb. Müvafiq açıqlamaya görə, Malta
sahillərində piratlar gəmiyə hücum ediblər. Onlar təkidlə
miqrantları gəmini tərk etməyə çağırıblar. Miqrantlar isə qəti
şəkildə bundan imtina ediblər.
Belə olduqda piratlar miqrantlarla dolu olan gəmini deşiblər və
gəmi batıb.
Batan gəmidən sağ qurtulmağı bacaran sərnişinlərin hazırda
Siciliyada olduğu bildirilir. İtaliya polisi gəmi qəzası haqqında
araşdırmaya başlayıb. Bu, həftə ərzində miqrantları daşıyarkən
qəzaya uğrayan üçüncü gəmidir.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik