NASA-ya qiymətli məlumatlar ötürən aparat yoxa çıxdı
Bizi izləyin

Dünya

NASA-ya qiymətli məlumatlar ötürən aparat yoxa çıxdı

Marsda dörd il fasiləsiz əməliyyat aparan “InSight” aparatı ilə əlaqə itib.

Publika.az xəbər verir ki, bu barədə bu barədə NASA məlumat yayıb. Agentliyin Cənubi Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının (JPL) nəzarətçiləri, ardıcıl iki cəhddən sonra gəmi ilə əlaqə saxlaya bilməyiblər. Güman olunur ki, günəş enerjisi ilə işləyən aparatın enerjisi tükənib.

NASA-nın məlumatına görə , zondla sonuncu rabitə seansı dekabrın 15-də baş tutub, bundan sonra cihaz dekabrın 18-də planlaşdırılan rabitə seansına qoşulmayıb.

“InSight” aparatı Marsda 2 il əvəzinə 4 il işləyib. Son bir neçə ay ərzində missiya rəhbərləri cihazın tezliklə sıradan çıxa biləcəyini gözləyirdilər. 2022-ci ilin may ayına qədər aparatın günəş panelləri orijinal gücünün yalnız 10%-ni istehsal edirdi. Cihazın çəkdiyi sonuncu “şelfi”də onun tozla örtüldüyünü görmək olar.

“InSight” zondu 5 may 2018-ci ildə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb. O, 6 aylıq uçuşdan sonra - 2018-ci il noyabrın 26-da Marsa enib. Enişdən təxminən 10 həftə sonra zond Marsın daxili quruluşu və onun iqlimi haqqında elmi məlumatları toplamağa başlayıb.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm